"Halal Food" MMC tərəfindən istehsal olunan toyuq dönərlərinin keyfiyyəti ilə bağlı şikayət var.
Sahibkar Yusif Qardaşzadənin iddiasına görə, məhsullarda dəfələrlə tük və digər yad cisimlər aşkarlanıb.
O bildirilib ki, toyuq dönərlərində müşahidə olunan bu hallar məhsulların keyfiyyəti və sanitariya-gigiyena tələblərinə uyğunluğu ilə bağlı narahatlıq yaradıb.
Şikayətçinin sözlərinə görə, məsələ ilə bağlı istehsalçı şirkətə dəfələrlə müraciət edilsə də, şikayətin həll olunmadığı və dəymiş zərərin qarşılanmadığı iddia olunur.
Onun sözlərinə görə, bu cür hallara aydınlıq gətirilməsi istehlakçıların sağlamlığının qorunması baxımından vacibdir.