Bakıda fəaliyyət göstərən beynəlxalq təşkilatla bağlı mühüm saziş parlamentdə

Bakıda fəaliyyət göstərən beynəlxalq təşkilatla bağlı mühüm saziş parlamentdə
12:18

Qoşulmama Hərəkatı Gənclər Təşkilatının Katibliyinin fəaliyyətini tənzimləyən saziş müzakirə olunub.

News365.az xəbər verir ki, Milli Məclisdə “Azərbaycan Respublikası Hökuməti ilə Qoşulmama Hərəkatı Gənclər Təşkilatı arasında Qoşulmama Hərəkatı Gənclər Təşkilatı Katibliyi haqqında Ev Sahibi Ölkə Sazişi”nin təsdiq edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.

Müzakirələr zamanı deputat Şahin İsmayılov sənədin təşkilatın Azərbaycandakı fəaliyyətinin hüquqi və təşkilati əsaslarının müəyyənləşdirilməsi baxımından əhəmiyyətini vurğulayıb.

Onun sözlərinə görə, 10 sentyabr 2026-cı ildə imzalanan saziş Katibliyin fəaliyyətini səmərəli qurmasına və üzərinə düşən vəzifələri yerinə yetirməsinə şərait yaradacaq. Sənəd, həmçinin Azərbaycanla Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın inkişafına xidmət edir.

Sazişdə Katibliyin hüquqi statusu, təşkilata veriləcək imtiyazlar, maliyyələşmə mexanizmləri, ofis və kommunal xidmətlərlə təminat məsələləri əhatə olunub. Bununla yanaşı, əməkdaşların və onların ailə üzvlərinin Azərbaycana giriş-çıxışı ilə bağlı müddəalar da sənəddə öz əksini tapıb.

12 maddədən ibarət sazişin preambulasında Qoşulmama Hərəkatı Gənclər Təşkilatının yaradılması və qərargahının Bakıda yerləşməsi ilə bağlı məsələlərə də toxunulub.

Şahin İsmayılovun fikrincə, sazişin təsdiqlənməsi Katibliyin institusional imkanlarının gücləndirilməsinə, təşkilatın fəaliyyətinin səmərəliliyinin artırılmasına və Azərbaycanın beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə töhfə verəcək.


Sizin reklam burada
Sizin reklam burada