Azərbaycan lideri: Konkret layihələr təqdim olunarsa, buna baxa bilərik

Azərbaycan lideri: Konkret layihələr təqdim olunarsa, buna baxa bilərik
11:59
“Azərbaycan və Laosun hakim partiyaları da sıx əməkdaşlıq edir”.

News365.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitlə birgə mətbuata bəyanatlarında deyib.

Dövlət başçısı bildirib ki, iki ölkə arasında siyasi sahədə əməkdaşlıqlar uğurla inkişaf edir: “Biz eyni mənzərəni iqtisadi sahədə də görmək istərdik. İqtisadi sahədə ticarət dövriyyəsi bizim potensialımızı əks etdirmir. Laos tərəfindən Azərbaycan investorlarına konkret layihələr təqdim olunarsa, biz bu layihələrə baxa bilərik. Azərbaycanın xaricə investisiya qoyuluşu ildən-ilə genişlənir. Milyonlarla dollar həcmində olan sərmayələr qarşı tərəf üçün də fayda verir, yeni iş yerləri yaradılır”.



Sizin reklam burada
Sizin reklam burada