Rusiya-ABŞ danışıqları İstanbulda keçiriləcək

Rusiya-ABŞ danışıqları İstanbulda keçiriləcək
09 Apr 2025 11:17

Rusiyanın İstanbuldakı Baş Konsulluğunda Rusiya və ABŞ nümayəndə heyətləri arasında danışıqların yeni raundu keçiriləcək. Bu barədə RİA Novosti məlumatlı mənbəyə istinadən xəbər yayıb.


Səfirliklərin və konsulluqların işinə həsr olunmuş Rusiya-Amerika məsləhətləşmələrinin ikinci raundu aprelin 10-da keçiriləcək. Rusiya nümayəndə heyətinə Rusiyanın ABŞ-dəkı səfiri Aleksandr Darçiyev, ABŞ nümayəndə heyətinə isə dövlət katibinin köməkçisinin müavini Sonata Kulter başçılıq edəcək.


Mənbə qeyd edib ki, Rusiya Baş Konsulluğunun yerləşdiyi malikanə İstanbulun tam mərkəzində, piyadaların sıx olduğu İstiqlal küçəsində yerləşir.

Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, qarşıdan gələn danışıqlar zamanı ABŞ və Rusiya diplomatlarının işinə mane ola biləcək texniki maneələrin aradan qaldırılması üçün əsaslı işlər davam etdiriləcək.

Dövlət Departamentinin sözçüsü Temmi Bryus isə aprelin 10-da Ukrayna mövzusunun müzakirə olunmayacağını bildirib.



Tural


Sizin reklam burada
Sizin reklam burada