"Ruhani"ni niyə hər kəs çox sevir? - Maraqlı SƏBƏB

"Ruhani"ni niyə hər kəs çox sevir? - Maraqlı SƏBƏB
10 Fev 2025 09:25
Bir aşıq havası var. Ruhani.
Yeganə saz havasıdır ki, Ruhani bütün torpaq, dağ-daş lərzəyə gəlib səslənir bu havada.
“Ruhani” İnsan ruhunun havasıdır. Buraya ruhanilik, irfan, qəhrəmanlıq- hər şey daxildir Bütün keçmiş rəvayətlər ilə yanaşı Xalqın ruhu var bunda
Bu qədər sevilən Ruhani havası haqqında müxtəlif fikirlər var. Onlardan bri də budur ki, Şah İsmayıl xanımları Taclı Bəyim və Bəhruzəyə müraciətdə "Ürfanım"deyirdi.
Ürfan sufiıikdə Əqldən sonra Eşqin pilləsi sayılır. Yəni insanın ağlı və qəlbi eyni zamanda bir nöqtədə birləşir və Eşq daha saf məqsədli olur. Fikir verin Şah nə yazır:
Qızıl gül, bağü bustanım, nə dersən?
Fəda olsun sənə canım, nə dersən?
Qərarü səbrü aramım tükəndi,
Kəsildi külli-fərmanım, nə dersən?
... Xətai can ilə çün səni sevdi,
Sevən ölsünmü, sultanım, nə dersən
Böyük Eşq yaşayan Şahın "Ürfanım" deyə bilərdi ancaq.
Zamanla Ürfanım sözü “Ürfani”, “Urfani”, "Ruhanim" daha sonra Ruhani sözü ilə əvəzlənmişdir. Bəziləri bu havanı aşıq İrfaninin adı ilə bağlayırlar. Aşıq barədə isə bəziləri onu XIX yüzildə yaşamış şair kini, bəziləri isə XIX yüzildə yaşamış el şairi kimi yazır. Bəlkə də Aşıq İrfani bunu Şahın yaşadığı Eşqə həsr edib yaradıb və onun Eşq və Sevgisinə həsr edilb. Xalqın "Pirim Mürşüdim, canım sana sadağa" dedikləri Şahın sözlərini ədəbiyyata və folklora köçürüb.
Ruhani havası eyni zamanda ədəbiyyat və folklor nümunələri ilə harmoniya təşkil edərək xalqın tarixini, mədəniyyətini və kimliyini özündə ehtiva edir. Yəni, bu cürə ruh və sufi havasını duyan Şahın sevdalıları onu bu cürə yarada və yaşada bilərdilər.
Ruhani saz havasında "Şah-Açıq-Şah" və "Şah-Divani-Ruhani" pərdələrində səslənir.
Buna görə xalqımız bu mahnını çox sevir.
Zaur Əliyev, tarixçi alim

Sizin reklam burada
Sizin reklam burada