ABŞ Prezidenti Donald Tramp Şimali Dakota ştatında keçirilən tədbirdə çıxışı zamanı İspaniyanın NATO daxilindəki fəaliyyətinə toxunub. O, Madridin alyans çərçivəsində üzərinə düşən öhdəlikləri yetərincə yerinə yetirmədiyini bildirib.
Xarici media mənbələrinin yaydığı məlumata görə, Tramp İspaniyanı NATO-nun zəif iştirak edən üzvlərindən biri kimi qiymətləndirib və ölkənin beynəlxalq məsələlərdə daha fəal mövqe tutmalı olduğunu vurğulayıb.
ABŞ lideri çıxışında həmçinin Kuba, Quam, Filippin və Puerto-Riko ilə bağlı fikirlər səsləndirib. O, tarixi proseslərə toxunaraq bu regionların ABŞ üçün strateji əhəmiyyət daşıdığını qeyd edib.
Tramp əlavə edib ki, Kuba ilə münasibətlər gələcəkdə yeni mərhələyə keçə bilər və bu istiqamətdə məsələləri şəxsən diqqətdə saxlayacağını bildirib.
News365.az