“Azərbaycan və Türkiyə ilə elektrik ötürücü xətlərinin çəkilməsi Ermənistanın enerji təhlükəsizliyinə töhfə verəcək”.
News365.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan İrəvanda Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen ilə birgə mətbuat konfransında deyib.
O bildirib ki, nəqliyyat əlaqələrinin təmin edilməsi ilə yanaşı, Türkiyə və Azərbaycan da daxil olmaqla enerji əlaqələrinin genişləndirilməsi də vacibdir.
“Bu, elektrik ötürücü xətlərinin və birləşdirici enerji bağlantılarının tikintisinə aiddir. Bu layihələr həm enerji təhlükəsizliyinin gücləndirilməsinə, həm də yaşıl enerji keçidinin təşviqinə töhfə verə bilər”, - Paşinyan qeyd edib.