Xamenei ilə bağlı bu ölkələrə xəbərdarlıq edildi

Xamenei ilə bağlı bu ölkələrə xəbərdarlıq edildi
13:10

“ABŞ və İsrail İranın keçmiş ali rəhbəri Əli Xameneinin dəfn mərasimi zamanı yanlış addımlardan çəkinməlidir”.

News365.az xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Xatəmül-Ənbiya” Mərkəzi Qərargahının rəisi Əli Abdullahi deyib.

“Düşmənlərə, xüsusilə ABŞ, İsrail və onların regional və regiondankənar müttəfiqlərinə xəbərdarlıq edirik: istənilən yanlış hesablamadan çəkinin, İran Silahlı Qüvvələrinin istənilən təhdid və təcavüzə qarşı sərt və peşmanedici cavab verəcəyini nəzərə alın”, - o bildirib.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrailin Tehrana hava hücumu zamanı öldürülən Əli Xamenei iyunun 9-da Məşhəd şəhərində dəfn olunacaq.


Sizin reklam burada
Sizin reklam burada