"O aktrisanı qaytarın ocağına"- Azər Qismət

"O aktrisanı qaytarın ocağına"- Azər Qismət
09:31

Xəbər verdiyimiz kimi Əməkdar artist Mehriban Xanlarova ölkə başçısı İlham Əliyeva müraciət edib. Müraciətdə o, üzləşdiyi haqsızlıqdan və yenidən doğma kollektivə -Akademik Milli Dram Teatrına qayıtmaq istəyindən bəhs edib.

Təbii ki, Mehriban Xanlarovanın müracəti ictimaiyyət tərəfindən birmənalı şəkildə dəstəklənib. Və hər kəs bu məsələdə Teatrın rəhbərliyini və Mədəniyyət Nazirliyini qınayıb.

Tanınmış ziyalı, yazıçı Azər Qismət də məsələ ilə bağlı sosial səhifəsində paylaşım edib.

Həmin paylaşımı təqdim edirik:

“Aktyorlar Aleksandr Abdulov və Oleq Yankovski dəfələrlə məşqə gecikiblər, qışqırıb-bağırıblar, amma Lenkom-un (Lenin Komsomolu) Bədii rəhbəri və Baş rejissoru Mark Zaxarov onların nazı ilə oynayıb. Heydər Əliyevin sözləri ilə deyilərsə, aktyorların öz dünyası var, gərək onlara toxunmayasan. Sənətkar nə hökmündən qışqırır, nə də fəaliyyətinə görə nazının çəkilməsini istəyir. Aktyorlar bəşəri, yerə-göyə sığmayan varlıqlardır. Eləcə də əksər incəsənət adamı. Onların nazı ilə də oynayarlar, hələ təzim də edərlər. Onların hissiyatının incəliyi özlərindən asılı deyil. Getdikcə göy qübbəsinə məxsusluq qənaətidir.

Mehriban Xanlarovanı qaytarın teatra. Oranı yandırmayıb, kiməsə xəsarət yetirməyib, məşqləri pozmayıb, pərdəyə kilid taxmayıb, tamaşaçılara qaloş atmayıb, kassa qabağında dayanıb sabotajlıq etməyib ki, tamaşaya bilet almayın. Heç elə qəddarlığın yiyəsi də deyil. Nə edib ki, bu adam. Azacıq iradını bildirib. O da yaradıcı təşkilatlara xas xüsusiyyətdir. Zavod, fabrik deyil ki, müdir nə dedisə, o da olmalıdır. Çünki istehsalat dayana bilər. Yaradıcı təşkilatların müzakirəsinin hay-küylü olmağı normal qarşılanan haldır. Adı üstündədir: yaradıcılıq. Mark Zaxarov iki günün içində Abdulovu da, Yankovskini də işdən qovardl. Amma nazları ilə oynayırdı və xəncərinin qaşı düşmürdü. Çünki bilirdi ki, əsib-coşmaları bəşəriyyətə xidmətdən, ona məxsus olmadan irəli gəlir. Öz müdirlik zəhmini göstərməyib qoruyurdu. Bilirdi ki, xətirlərinə dəysə, bundan teatr və kino, ən əsası tamaşaçı itirəcək.

Qaytarın o aktrisanı. Hara getsin bundan sonra. Qaytarın ocağına.

News365.az 


Sizin reklam burada
Sizin reklam burada