Ermənilər Həzi Aslanovdan niyə əl çəkmir?

Ermənilər Həzi Aslanovdan  niyə  əl çəkmir?
09:15
Mən uzun zamandır erməni sosial mediasında kəşfə düşürəm. Bütün yazılarım onların əsasları görünür və onların ən radikal səhifələrində Azərbaycan həqiqətləri, Azərbaycan tarixi və şəxsiyyətləri haqqında məlumatlar yayıram. Bir neçə gün əvvəl əfsanəvi general, Həzi Aslanov haqqında onların radikal qanadı sözlər yazırdılar. Onlar yalandan yazırdılar ki, Həzi Aslanovun iki dəfə sovet ittifaqı qəhrəmanı olması sənədi yoxdur.
Mən bir neçə arxiv saytlarına baxdım və bu səndən başqa heç bir sənəd yox idi. Bunu ermənilərin səhifələrində paylaşıb onların ağzını yumdum. Onlara bizim əfsanə generalın hərbi uçot vərəqəsində əldə etdiyi orden və medalları göstərdim. Baqramyan və Mikoyanın onun ölümündə əli olan faktlar ilə elədim.
Səhifəmdə rus dilində ümumi olaraq Vikipediyada qoyulan sənədi tərcümə edib verdim. Heç bir izah olmadan sənədin tərcüməsini paylaşdım ki, onların kəşf etinə düşsün.
O Sovet dövründə bütün başqa idarə kimi olduğu kimi milli qrupda də əsas məqsəd imperiyanın maraqlarına xidmət etmək olmuşdur. Heç bir etnik araşdırmaya öz milli mənsubiyyətini olduğu kimi sənədlərdə qeyd etməyə imkan verilmədi.Eləcə də Həzi Aslanovun talış olmasına da.
Həzi Aslanov elə bir şəxsiyyətdir ki, hər bir xalq onun kimi oğlu olması ilə fəxr edə və edirik. Qarabağ müharibəsinin Allahverdi Bağırov, Fred Asif, Əliyar, Vəzir, Pəncəli, Polad Həşimov, Mübariz və digər qəhrəmanlarına evini, elini qoruyanda Həzi Aslanov kimi qəhrəmanlar nümunə olub.
Mən bunu belə qəbul edirəm. Ola bilsin ki, aranı dəstəkləmək istəyən kimlərsə ola bilər, amma bu, Azərbaycan xalqının vətənpərvərliyinə, öz torpaqlarını qorumaq üçün hər zaman yumruq kimi birləşməyə mane olmayacaq. Çünki biz birlikdə güclüyük.
Zaur Əliyev, tarixçi

Sizin reklam burada
Sizin reklam burada