Ursula fon der Lyayen Bakıdan İrəvana getdi: Onu hava limanında kim qarşıladı?

Ursula fon der Lyayen Bakıdan İrəvana getdi: Onu hava limanında kim qarşıladı?
11:08

Avropa Komissiyasının sədri Ursula von der Layen Bakıdan İrəvana səfər edib.

News365.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, onu "Zvartnots" beynəlxalq hava limanında Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan qarşılayıb.

Ermənistan hökumət binasında von der Layenin Baş nazir Nikol Paşinyanla görüşü keçiriləcək. Danışıqların yekununda Paşinyan və Avropa Komissiyasının rəhbəri mətbuata birgə bəyanatla çıxış edəcəklər.

Xatırladaq ki, Ursula von der Layen bundan öncə Azərbaycanda səfərdə idi.


Sizin reklam burada
Sizin reklam burada