Rektor müşavirini işdən çıxardı - 4 ay əvvəl təyin etmişdi

Rektor müşavirini işdən çıxardı - 4 ay əvvəl təyin etmişdi
14:08

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) rektorunun müşaviri Xəyyam Cavadzadə vəzifəsindən azad olunub.

News365.az-ın xəbərinə görə, bu barədə ali məktəbin rektoru, professor Ədalət Muradov müvafiq əmr imzalayıb. 

Əmrə əsasən, X.Cavadzadə UNEC rektorunun iqtisadi məsələlər üzrə müşaviri postundan azad edilib. Onun işdən çıxarılmasının səbəbi açıqlanmayıb.   

O, bu vəzifədə cəmi 4 ay 17 gün işləyib. X.Cavadzadə 2026-cı il mayın 14-də müşavir təyin olunmuşdu.   

O, daha əvvəl Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialında inzibati və təşkilati məsələlər üzrə direktor müavini vəzifəsində çalışıb.


Sizin reklam burada
Sizin reklam burada