İlin ən yaxşı maşınları müəyyənləşdi - Gözlənilməz nəticələr +SİYAHI

İlin ən yaxşı maşınları müəyyənləşdi - Gözlənilməz nəticələr +SİYAHI
13:35

"Consumer Reports"un reytinqinə görə ən yaxşı və ən pis avtomobillər açıqlanıb.

News365.az xəbər verir ki, ABŞ-nin nüfuzlu "Consumer Reports" nəşri bu ilin ən yaxşı və ən pis avtomobil markalarını açıqlayıb.

Reytinq test nəticələri, etibarlılıq və sahiblərin məmnuniyyəti əsasında hazırlanıb.

Ən yaxşılar: Birinci və ikinci yerləri Subaru və BMW paylaşır, üçüncü yerdə isə Porsche qərarlaşıb. Subaru yüksək performans, komfort və uzunmüddətli etibarlılığı ilə seçilir, həmçinin təhlükəsizlik sistemləri yol testlərində yüksək qiymət alıb. BMW avtomobilləri isə etibarlılıq baxımından digər Avropa rəqiblərindən üstün hesab olunub.

Ən çox irəliləyənlər: Lincoln 17 pillə yüksələrək 7-ci yerə qalxıb, Toyota top-5-ə daxil olub, Porsche və Honda isə bir pillə irəliləyib. Hyundai 8-ci yerdə qalıb, Acura və Tesla top-10-a daxil olub.

Ən pis nəticələr: Alfa Romeo, Dodge və GMC orta hesabla 55 bal, Land Rover 52 bal, Jeep isə 48 bal ilə sonuncu yeri tutub.

Reytinqdə Lexus keçən ilin top-3-lük mövqeyini itirərək 6-cı yerə düşüb. Audi və Chrysler isə keçən ilki mövqelərindən xeyli geriləyib.

Qeyd edək ki, "Consumer Reports"un bu reytinqi avtomobil sahiblərinin gündəlik istifadə təcrübəsi və texniki etibarlılığı əks etdirir.


Sizin reklam burada
Sizin reklam burada