Müğənni Yaşar Cəlilov şəxsi həyatına dair diqqətçəkən etiraf edib.
News365.az xəbər verir ki, sənətçi bildirib ki, illər boyu anasının məsləhətlərinə qulaq asmaması onun üçün ən böyük peşmanlıqdır.
Cəlilov deyib ki, anası həmişə onu doğru yola yönəltməyə çalışsa da, özünün səhv qərarları nəticəsində çətinliklərlə üzləşib:
“Həyatda bir şeyə peşmanam. Heç vaxt anamın sözünə qulaq asmamışam. Həmişə mənim gözümü açmağa çalışıb, amma yenə də səhv seçimlər etmişəm.”
Müğənni əlavə edib ki, artıq qərar verib və bu ilin sonundan etibarən anasının dediyi hər bir məsləhətə ciddi şəkildə əməl edəcək:
“Söz vermişəm ki, bu ilin sonundan nə desə, onu edəcəm. Oktyabrdan sonra onun dediklərini edirəm.”
Sənətçinin sözləri sosial şəbəkələrdə də geniş müzakirəyə səbəb olub.