Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bəyan edib ki, Bakı və İrəvan arasında sülh sazişinin paraflanması Cənubi Qafqazda bütün atmosferi dəyişən böyük uğurdur.
News365.az xəbər verir ki, o, bu barədə Dohada keçirilən beynəlxalq sammitdə çıxışı zamanı bildirib.
"İndi biz münaqişənin özünü deyil, sülhün necə möhkəmləndirilməsini və onun necə institutlaşdırılmasını müzakirə edirik", - A.Qriqoryan vurğulayıb.
Onun sözlərinə görə, gələcəkdə sülh sazişinin ratifikasiyası və regionda kommunikasiyaların bərpası avqustun 8-də Bakı və İrəvan arasında Vaşinqtonda əldə edilmiş razılaşmaların institutlaşdırılması prosesinin bir hissəsidir.