Məşhur türk aktyoru Celil Nalçakan yol qəzasına düşüb.
News365.az xəbər verir ki, “Poyraz Karayel”, “Bir Aile Hikayesi”, “Kardeşlerim”, “Sustalı Ceylan” və hazırda yayımlanan “Rüya Gibi” serialında rol alan Nalçakan bu barədə öz sosial media hesabında paylaşım edib.
“Bəli, yol qəzası keçirmişəm. Havanın əlverişsiz olması səbəbilə qarşı tərəfdən gələn sürücü idarəetməni itirmişdi. Lakin sağ-salamatam. Özümü yaxşı hiss edirəm. Həmin sürücünün də vəziyyəti yaxşıdır. Bir cızığımız belə yoxdur. Amma avtomobillər yaxşı vəziyyətdə deyil”.