Rusiya 3 ölkə ilə hərbi müqavilələri dayandırdı

Rusiya 3 ölkə ilə hərbi müqavilələri dayandırdı
17:40

Rusiya Kanada, Fransa və Portuqaliya ilə hərbi müqavilələrə xitam verib.

News365.az xəbər verir ki, bu barədə Rusiyanın baş naziri Mixail Mişustin fərman imzalayıb.

Söhbət üç sazişə aiddir: 1989-cu il noyabrın 20-də Moskvada imzalanmış SSRİ ilə Kanada arasında hərbi səfərlər haqqında, 1994-cü il fevralın 4-də imzalanmış Rusiya ilə Fransa arasında müdafiə sahəsində əməkdaşlıq haqqında və 2000-ci il avqustun 4-də imzalanmış Rusiya ilə Portuqaliya arasında hərbi əməkdaşlıq haqqında.

Yayda Rusiya Almaniya ilə 1996-cı il iyunun 14-də Moskvada imzalanmış hərbi-texniki əməkdaşlıq sazişindən çıxdı. Rusiya Xarici İşlər Nazirliyi izah etdi ki, hazırkı şəraitdə bu sənəd öz mənasını və praktiki əhəmiyyətini itirib və Rusiya-Almaniya dövlətlərarası münasibətlərinin hazırkı vəziyyəti ilə tamamilə bir araya sığmır.


Sizin reklam burada
Sizin reklam burada