Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları vətəndaşın barəsində qanunsuz protokol tərtib edib.
xəbər verir ki, idarə əməkdaşları İsmayıllı rayonu ərazisində Ağa Ağayevin qanunsuz ovla məşğul olduğu iddiası ilə ona qarşı 1000 manat cərimə nəzərdə tutan protokol tərtib ediblər.
İsmayıllı Rayon Məhkəməsi isə araşdırma zamanı vətəndaşın qanunsuz ov etməsini təsdiqləyən heç bir sübutun olmadığını müəyyən edib. İş materiallarında yalnız idarə nümayəndəsi Nərman Çırıyevin təqdim etdiyi videogörüntü mövcud olub. Həmin görüntüdə də Ağa Ağayevin qanunsuz ov etməsi əks olunmayıb.
Nərman Çırıyev məhkəmədə bildirib ki, vətəndaşa yaxınlaşdıqları zaman onlara protokol tərtib edilməməsi üçün “hörmət” təklif edilib.
Məhkəmə sübutları qiymətləndirərək protokolun əsassız olduğunu müəyyənləşdirib və ləğv edib.
İdarə bu qərardan apellyasiya şikayəti versə də, şikayət təmin olunmayıb.
Beləliklə, vətəndaş Ağa Ağayev barəsində tərtib edilmiş protokol tam şəkildə etibarsız sayılıb.