Rumıniyada "Mercedes" sürücüsü iki avtomobilin üstündən uçaraq müşahidə kamerasına çırpılıb.
News365.az xəbər verir ki, bu barədə "Știrile Pro TV" məlumat yayıb.
"İlkin məlumatlara görə, sürücü şəkər koması keçirən 55 yaşlı kişi olub", - deyə məlumatda bildirilir.
Sürücü avtomobilin idarəetməsini itirib. Videoda onun avtomobili yolda hərəkətdə olan iki avtomobilin arasından keçərək müşahidə kamerası dirəyinə doğru uçduğu görünür.
Sürücünün sonraki vəziyyəti ilə bağlı məlumat yoxdur.