Vətənə xəyanət işi üzrə ittiham olunan Nikita Juravel barəsində çıxarılmış hökmdən apellyasiya şikayəti verilib. Rusiya mediasının yaydığı məlumata görə, bu barədə onun vəkili Andrey Sabinin bildirib.
“Yaxın vaxtlarda cəza ilə bağlı müdafiə tərəfi olaraq apellyasiya şikayəti verəcəyik", - o qeyd edib.
Vəkilin sözlərinə görə, müdafiə tərəfi “ən aşağı həddən də aşağı cəza” istəmək niyyətindədir. Sabinin buna layiq olması üçün səbəblərinin olduğunu deyib.
Qeyd edək ki, noyabrın 25-də Juravel ciddi rejimli koloniyada 13 il 6 ay cəza alıb. Rusiya Baş Prokurorluğunun məlumatına görə, ötən ilin martında o, öz təşəbbüsü ilə Ukrayna təhlükəsizlik xidmətinin nümayəndələri ilə əlaqə saxlayıb və əməkdaşlıq təklif edib. Gənc Ukrayna Təhlükəsizlik Xidmətinə(SBU)a Rusiya hərbi texnikasını daşıyan qatarın videosunu göndərib, həmçinin hərbi hissələrdən birinə xidməti maşının hərəkəti barədə məlumat verib. Juravel 2023-cü ilin mayında Volqoqradda məscidin qarşısında Quranı yandırdığına görə saxlanılıb. Dindirilmə zamanı o, bunu Ukrayna xüsusi xidmət orqanlarının göstərişi ilə və pul üçün etdiyini etiraf edib. 2024-cü il fevralın 27-də Qroznı şəhərinin Visaitovski rayon məhkəməsi onu dindarların hisslərini təhqir etdiyinə və xuliqanlığa görə ümumi rejimli koloniyada 3,5 il müddətinə azadlıqdan məhrum etmişdi.
Tural