Ukraynada gərgin döyüşlər davam edir. SHOT Telegram kanalının yaydığı məlumata görə, ukraynalılar bu dəfə Rusiyanın Belqorod vilayətinə soxulmaq istəyərkən itki veriblər. Kanal dəhşətli döyüşlərdən olan videonun bir hissəsini yayıb. Qeyd edilib ki, diversiya-kəşfiyyat qrupu zirehli transportyorla Belqorod vilayətinə girməyə çalışıb.
"Lakin onlar müqavimətlə qarşılaşıb və geri çəkilərək yaralı əsgərini də ərazidə tərk ediblər",- paylaşımda yazılıb.
Telegram kanalı həmçinin yazıb ki, piyadalar rus kəndində məskunlaşmaq istəyirlərmiş: "Onlar FPV dronları tərəfindən vurulublar və qaçarkən yaralı yoldaşlarını da itiriblər".
SHOT-un məlumatına görə, ukraynalı hərbçilər Ukraynanın Qlubokoe kəndindən Rusiya sərhəddinə doğru hərəkət edərək, Juravlevka kəndinin kənarını ələ keçirməyi planlaşdırırdılar.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural