Aktrisa və məşhur komediya ustası Marina Fedunkiv maraqlı açıqlama verib. O, kp.ru-ya ilk övladını 53 yaşında dünyaya gətirdiyini deyib.
"Böyük arzum gerçəkləşmişdi: mən ana oldum və çox, çox xoşbəxtəm",- o, deyib.
Komediya aktrisasının sözlərinə görə, kadrlara düşmək istəmədiyi üçün hamiləliyini gizlədib. Fedunkiv, uşaq dünyaya gətirməyə əvvəlcədən hərtərəfli hazırlaşdığını söyləyib: "O, həkimlərlə məsləhətləşib, siqareti tərgidib və alkoqoldan tamamilə imtina edib".
Hamiləliyin son ay yarımında isə iş fəaliyyətini tam dayandırıb. Aktrisa ərinin bu müddət ərzində fəaliyyətini dayandırmaqda israr etdiyini, lakin onunla mübahisə edə bilmədiyini etiraf edib.
Tural