Neftsiz gəlirlərlə sosial xərcləri tam ödəmək mümkündür - Deputat

Neftsiz gəlirlərlə sosial xərcləri tam ödəmək mümkündür - Deputat
12:08

“Dövlət büdcəsində nəzərdə tutulan sosial xərclərin gələn il proqnozlaşdırılan ÜDM-də payı 14.0 faiz olacaq. Bu isə hətta bir sıra İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələri ilə müqayisədə daha yüksək göstəricidir”. 

News365.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov Milli Məclisin plenar iclasında Azərbaycanın əsas sosial göstəricilərdə guya region ölkələrindən geri qaldığını qərəzli şəkildə iddia edən marginal siyasi qrupların dediklərinə cavab olaraq bildirib. 

Deputat deyib ki, məsələn, sosial xərclərin ÜDM-də payı, İrlandiyada 13.4 %, Koreyada 12.6 %, Çilidə 12.2 %, Türkiyədə12.0 %, Meksikada 7.5 fazidir. Qeyd edim ki, OECD ölkələri üçün orta göstərici 20 faizdir. 

“İcmal büdcə üzrə sosial xərclərin məbləğini də nəzərə alsaq Azərbaycan bu göstərici üzrə OECD ortalamasına yaxınlaşmaqdadır. Adambaşına düşən büdcə xərci gələn il cari məzənnə ilə 2420 dollar olacaq və göstəriciyə görə Azərbaycan əksər region ölkələrini geridə qoyacaq”. 

Vüqar Bayramov onu da qeyd edib ki, Azərbaycanda sosial təminat sistemi daha dayanqıqlıdır. Çünki bu xərclər bəzi ölkələrdə olduğu kimi xarici borclanma deyil, daxili mənbələr hesabına ödənilir:  “Xarici borcun ÜDM-də payına görə Azərbaycan MDB-də ən yaxşı göstəriciyə malikdir. Digər tərəfdən, dövlət büdcəsinin qeyri-resurs gəlirləri sosial xərcləri 25.0 faiz üstəliyir. Hətta neftsiz gəlirlər ilə sosial xərcləri tam ödəmək mümkündür”.


Youtube kanalımız

Oxşar xəbərlər