Pusan Milli Universiteti (Cənubi Koreya) Tibb fakültəsinin alimləri maraqlı kəşf ortaya qoyublar. Elm adamları müəyyən ediblər ki, spirtli içki qəbul edən insanlarda androgenetik alopesiyanın (AGA) inkişaf ehtimalı bir qədər yüksəkdir. Araşdırmanın nəticələri "Alcohol and Alcoholism" (AA) jurnalında dərc olunub.
Androgenetik alopesiya (AGA) saç follikullarının azalması nəticəsində yaranan irsi saç seyrəkliyidir. Xəstəlik həm kişilərdə, həm də qadınlarda saç tökülməsinin ən çox yayılmış forması sayılır.
AGA ilk növbədə genetik və hormonal amillərdən qaynaqlansa da, siqaret, pəhriz və stress kimi həyat tərzi faktorları da keçəlləşmədə potensial səbəblər hesab olunur. Spirtli içkilərin saç tökülməsinə səbəb olub-olmaması isə əslində açıq sual olaraq qalır.
Bu boşluğu doldurmaq üçün koreyalı alimlər AGA ilə alkoqolun təsiri arasındakı əlaqəyə dair əvvəllər dərc edilmiş elmi məqalələrin meta-analizini aparıblar. Nəticələr, spirtli içki qəbul edən insanların içməyənlərə nisbətən AGA ilə qarşılaşma ehtimalının bir az daha yüksək olduğunu göstərib. Tədqiqatçılar bu əlaqənin statistik əhəmiyyət daşımadığını qeyd ediblər.
Tural