"Sosial sahələrdə o qədər işlər görülür, niyə heç biriniz bu barədə danışmırsınız?"
News365.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında sədr Sahibə Qafarova deyib.
Onun sözlərinə görə, heç kim ölkədə görülən müsbət sosial işlərdən danışmır.
"Sizə qulaq asdıqda adamı dəhşət bürüyür. Sanki ölkə uçuruma gedir. Belə deyil axı. Sosial sahələrdə çoxlu təqdirəlayiq işlər görülür. Amma heç kim bundan danışmır".