Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə yerli medianın hədəfinə tuş gəlib. "Mamul" nəşrinin yaydığı məlumata görə, baş nazirin tənqid olunmasına səbəb onun rəsmi Facebook səhifəsinin əsas şəklini və örtük şəklini dəyişməsi olub.
"Əsas fotoda Nikol Paşinyan artıq yeni imicdə-saqqalı qırxılmış formadadır. Arxa planda olan örtük şəkilndə isə Ermənistanın Qarabağsız xəritəsi əks olunub. Həmçinin, Ararat(Ağrı dağa verdikləri qondarma ad-red.) əvəzinə isə Araqats dağı əks olunub. Orada isə “Dövlət buradadır, çörək buradadır, budur Vətən və sənin dayandığın yer buradır!" yazılıb".
Tural