Amerikanın Arizona ştatının sakini ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampı və onun ailə üzvlərini ölümlə hədələdiyi üçün saxlanılıb. Bu barədə CNN məhkəmə sənədlərinə istinadən məlumat yayıb.
“Bazar ertəsi Arizona ştatında bir nəfər Trampla bağlı ölüm hədələrinə görə həbs olunub... O, Facebook profilindəki bir sıra videolarda, o cümlədən AR-15 tipli silahla çəkilən görüntülərində təhdidlər olub”, - deyə məlumatda bildirilir.
Jurnalistlərin sözlərinə görə, uğursuz qatilin adı Manuel Tamayo-Torresdir. O, yeni seçilmiş prezident ilə yanaşı onun ailəsini də hədələməkdə ittiham olunub.
Xatırladaq ki, 2024-cü ildə Trampa iki dəfə sui-qəsd cəhdi olub.
Tural