Çexiyanın xarici işlər naziri Yan Lipavski diqqət çəkən açıqlamalar verib. Xarici KİV-in yaydığı məlumata görə, o deyib ki, Avropanın Ukraynanın qarşıdan gələn qışda "möhkəm dayanmasına" ehtiyacı var. Çünki Kiyevin məğlubiyyəti qitənin təhlükəsizliyinə ciddi zərər verəcək.
Nazir əmin edib ki, Avropa İttifaqı Ukraynaya “qışdan sağ çıxmağa” kömək etməyə davam edəcək.
“Bizə Ukraynanın ayaq üsdə dayanması lazımdır. Çünki Ukraynanın dağılacağı, Rusiyaya birləşəcəyi və ya Rusiya tərəfindən fəth ediləcəyi kimi bütün digər ssenarilər yaxşı heç nə vəd etmir. Ona görə də biz Avropanın təhlükəsizliyi naminə bunun qarşısını almalıyıq”, - Lipavski bildirib.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural