Prezident İlham Əliyev: “Mübaliğəsiz deyə bilərik ki, Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək”
Bakıda keçirilən COP29-da iştirakçılar iqlim
böhranının təsirlərini azaltmaq və daha davamlı bir gələcək qurmaq üçün
müxtəlif ölkələrdən olan ekspertlər, dövlət rəsmiləri və qeyri-hökumət
təşkilatları ilə əməkdaşlıq etdilər. Konfransda müzakirə olunan mövzular
arasında bərpa olunan enerji mənbələrinin genişləndirilməsi, karbon
emissiyalarının azaldılması və ekosistemlərin qorunması yer alırdı.
Tədbirdə
Azərbaycanın iqlim siyasəti və həyata keçirdiyi ekoloji layihələr diqqət
mərkəzində idi. Bu konfransın Bakıda keçirilməsi, həmçinin Azərbaycanın
regionda və dünyada ekoloji məsuliyyətini artırmaq və iqlim dəyişikliklərinə
qarşı mübarizədə liderlik rolunu gücləndirmək məqsədi güddüyünü göstərdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 24-də sosial şəbəkə
hesablarında COP29-un uğurlu nəticələri ilə bağlı paylaşım edərək bu beynəlxalq
tədbirin iqlim diplomatiyasında dönüş nöqtəsi olduğunu vurğulayıb: “Azərbaycan
bir ildən az müddət əvvəl beynəlxalq ictimaiyyətin yekdil dəstəyi ilə COP29-a
ev sahibliyi etməkdən şərəf duydu. Müddətin qısa olmasına baxmayaraq,
Azərbaycan COP-un rahat və yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi
hazırlıqları həyata keçirməyə nail oldu. Mübaliğəsiz deyə bilərik ki, Bakı COP
tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək. Biz 80 dövlət və
hökumət başçısının, qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçının qatıldığı COP29-un
çox yaxşı təşkil olunması ilə bağlı bütün qonaqlardan yüksək qiymət almaqdan
qürur duyuruq”. Dövlətimizin başçısı haqlı olaraq COP29-u iqlim
diplomatiyasının dönüş nöqtəsi kimi qiymətləndirir. Çünki COP bir çox mühüm
iqlim məsələlərinin müzakirə edildiyi və gələcək siyasətlərin
formalaşdırılacağı bir mərhələdir. Burada, iqlim dəyişikliyi ilə mübarizədə
yeni yanaşmalar, məqsədlər və tədbirlər müəyyən edilir. Bu məsələ, xüsusilə bir
neçə aspektə görə önəmli ola bilər. İqlim dəyişikliyinin təsirlərinin artması
önəmlidir. İqlim dəyişikliyi hər keçən gün daha açıq şəkildə hiss olunur, bu
səbəbdən COP29-da dünya liderləri və mütəxəssislər bu təsirləri daha dərindən
müzakirə edərək və buna qarşı effektiv tədbirlər almağa daha çox diqqət
yetirdilər. Həmçinin COP29 qlobal əməkdaşlığın gücləndirilməsinə öz təsirinin
göstərəcək. İqlim dəyişikliyi ilə mübarizədə qlobal əməkdaşlıq vacibdir. COP29,
inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında iqlim ədaləti və
resursların paylaşılması məsələlərini yenidən gündəmə gətirdi. Texnologiya,
iqlim dəyişikliyi ilə mübarizədə mühüm rol oynayır. COP29, karbon
texnologiyalarının inkişafı, təmiz enerji mənbələrinin təşviqi və dayanıqlı
infrastruktur layihələrinin müzakirə edildiyi bir tədbir oldu.
Ümumiyyətlə,
COP29 həm də iqlim maliyyəsinin artırılması ilə yadda qalacaq. Təkcə iqlim
dəyişikliyinin qarşısının alınması deyil, eyni zamanda inkişaf edən ölkələrin
bu dəyişikliyə uyğunlaşmalarına kömək etmək üçün maliyyə vəsaitlərinin
artırılması məsələsi də COP29-da gündəmdə oldu. İqlim maliyyəsi, həm təbii
resursların qorunması, həm də sosial-iqtisadi inkişaf üçün kritik bir mövzu
olacaq. Yeri gəlmişkən, tədbirin yekun bəyanatında Azərbaycanın COP29 Sədrliyi
inkişaf etməkdə olan ölkələrə hər il 1,3 trilyon ABŞ dolları həcmində iqlim
maliyyəsini təmin etmək üçün yeni öhdəlik olan Bakı Maliyyə Məqsədi (Baku
Finance Goal) razılaşmasını elan edilib. BMT-nin İqlim Sammiti üçün COP29
Sədrliyinin əsas prioriteti üzrə əldə olunan uğur əvvəlki 100 milyard ABŞ
dolları həcmində iqlim maliyyəsi hədəfindən əhəmiyyətli dərəcədə artım deməkdir
və qlobal investisiyaların yeni dalğasına təkan verəcəkdir. Bakı Maliyyə
Məqsədi inkişaf etməkdə olan ölkələr üçün 2035-ci ilə qədər hər il ən azı 300
milyard dollar vəsaitin səfərbər olunmasına liderlik etmək üçün inkişaf etmiş
ölkələrin əsas hədəfini özündə ehtiva edir. Bu, COP29 Sədrliyi tərəfindən 48
saatlıq intensiv diplomatik fəaliyyətin nəticəsidir. Burada az inkişaf etmiş
ölkələri və inkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə xüsusi
diqqət yetirilir. Bu sənəddə əlçatanlıq və şəffaflıq haqqında müddəalar da
əksini tapıb. Bu faktorlara görə, COP29 iqlim diplomatiyasında yalnız
müzakirələr və siyasət dəyişiklikləri deyil, həm də gələcək nəsillərin həyatını
təsir edəcək qlobal səviyyədə ciddi qərarların alındığı bir dönüş nöqtəsidir.
COP29-a
ev sahibliyi etmək, Azərbaycanın beynəlxalq səviyyədə daha çox diqqət mərkəzinə
gəlməsinə və etibarını artırmasına səbəb olub. Bu isə müəyyən ölkələr üçün
narahatlıq doğururdu. Qərb dövlətləri, xüsusilə iqlim siyasətinin, enerji
istehsalının və demokratiyanın qorunmasını prioritet tutan dövlətlər, bu cür
vəziyyətlərdə Azərbaycana qarşı diqqət və təzyiq yaratmağa çalışdılar. Lakin
onların COP29 öncəsi etdikləri qarayaxmaların heç bir faydası olmadı. Azərbaycan
dünyaya növbəti dəfə öz gücünü və etibarını göstərdi. COP29-un nailiyyətləri
göz qabağındadır. Danışıqlar aparmış prioritetlərin balanslaşdırılmış paketinin
təqdim edilməsinə paralel olaraq, COP29 Sədrliyinin Fəaliyyət gündəliyi daha
geniş qrup maraqlı tərəfləri qlobal iqlim fəaliyyətinə töhfə verməyə çağırıb.
Fəaliyyət Gündəliyinin Təşəbbüsləri bəzi aktual problemlərə qarşı mübarizə
aparır, unudulmuş prioritetlərə işıq salır, ev sahibi ölkənin təcrübəsinə və
perspektivinə əsaslanan unikal həllər təklif edir və ardıcıllığı və
COP-dan-COP-a davamlılığı möhkəmləndirir. Bu təşəbbüslər bütün maraqlı
tərəflərlə məsləhətləşmələr əsasında inklüziv və şəffaf şəkildə hazırlanıb.
Onlar mövcud təşəbbüsləri tamamlayır və iqlim çağırışlarına yeni, yaradıcı yanaşmalar
gətirir. Bu Təşəbbüslər birlikdə ambisiyalı iqlim fəaliyyətinin həyata
keçirilməsini dəstəkləyəcək. COP29 kimi bir tədbir, ümumilikdə, qlobal iqlim
siyasətinin gələcəyini formalaşdıran bir platformadır. Bu tədbirlər, inkişaf
etmiş və inkişaf etməkdə olan ölkələr arasında ekoloji ədalət və məsuliyyət
bölüşdürülməsi məsələlərini gündəmə gətirir. Azərbaycan, isə bu tədbirin bütün
xərclərini öz üzərinə götürüb. Azərbaycan iqlim siyasətinə əməl etdiyini bir
daha dünyaya bəyan etdi və heç bir ölkə ilə hesablaşmadığını göstərdi. Bu o
deməkdir ki, Azərbaycan müstəqil dövlət olaraq bütün sahələrdə öz siyasətini
həyata keçirir.
Zenfira Nurullayeva
Qara Qarayev adına Mərkəzi
İncəsənət Məktəbinin
xor ixtisası üzrə müəllimi,
Azərbaycan Respublikasının
Əməkdar müəllimi