Sabirabadda qəzaya düşənlərdən XƏBƏR VAR

Sabirabadda qəzaya düşənlərdən XƏBƏR VAR
12:44

27 noyabr 2024-cü il tarixidə Sabirabad rayon Minbaşı ərazisində baş verən yol nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 4 nəfər Şirvan Şəhər Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. 

Onlardan 1986-cı il təvəllüdlü (kişi cinsli) şəxsə sol bud sümüyünün sınığı, sol bazunun sınığı, 2011-ci il təvəllüdlü ( cinsi qadın) şəxsə hər iki bud sümüyünün sınığı,  2017-ci il təvəllüdlü ( kişi cinsli) şəxsə isə qapalı kəllə beyin travması, daxili qanaxma, travmatik şok diaqnozu təyin edilib. İki nəfərin müalicəsi Anesteziologiya reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir, 2017-ci il təvəllüdlü şəxs isə hazırda əməliyyat olunur. 1992-ci il təvəllüdlü (cinsi kişi) şəxsi həkimlərin səyinə baxmayaraq həyatını xilas etmək olmayıb.


Youtube kanalımız

Oxşar xəbərlər