Türkiyə Livandakı atəşkəslə bağlı açıqlama verib.
News365.az xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat verib.
Türkiyə Xarici İşlər Nazirliyi Livanda atəşkəsin əldə olunması ilə bağlı müzakirələrin müsbət nəticələnməsindən məmnunluq ifadə edib və bu atəşkəsin daimi olmasını arzulayıb. Nazirlikdən verilən açıqlamada İsrailin atəşkəs rejiminə tam riayət etməsinin və Livanda vurduğu zərərləri kompensasiya etməsi üçün beynəlxalq ictimaiyyətin ciddi təzyiq göstərməsinin vacibliyi vurğulanıb.
“Azərbaycan Livanda daxili sülhün təmin edilməsi üçün lazım olan dəstəyi göstərməyə hazırdır. Bununla yanaşı, bölgədə sülh və sabitliyin təmin olunması üçün Qəzzada tezliklə hərtərəfli və daimi atəşkəsin elan edilməsi və İsrailin təcavüzkar siyasətinə son qoyulması zərurətini bir daha xatırlatmaq istərdik,” – deyə açıqlamada qeyd olunub.
Nazirlikdən edilən bəyanatda, Azərbaycanın Livan və bütövlükdə regionda sülhə töhfə verməyə hazır olduğu bir daha diqqətə çatdırılıb.