Dünyanın ən məşhur podkastlarından birinin müəllifi, amerikalı bloger Co Roqan verilişlərinin birində Ukrayna prezidenti Volodimir Zelenskinin ünvanına təhqiramiz ifadələr işlədib.
News365.az bu barədə BBC-yə istinadən xəbər verir.
Bloger Co Baydeni Ukraynanın Rusiya ərazisinə Amerika istehsalı raketlər hücum həyata keçirməsinə icazə verdiyinə görə tənqid edib.
Milyonlarla izləyicisi olan "The Joe Rogan Experience" proqramının aparıcısı Zelenskini söyüb və III Dünya müharibəsinin başlamaq üzrə olduğunu bildirib. 4 gün əvvəl çəkilən veriliş yutubda 1.2 milyondan çox izlənib.