"Qorxu yaymaq əvəzinə uşaqlara özünü müdafiə öyrədilməlidir"- Psixoloqdan açıqlama

"Qorxu yaymaq əvəzinə uşaqlara özünü müdafiə öyrədilməlidir"- Psixoloqdan açıqlama
13:11

Valideynləri qorxuya gətirən səs yazısı və şəkillər nəyi ifadə edir? Uşaqların psixologiyasına niyə təsir olunur?!

Mövzu ilə bağlı News365.az-a danışan Psixoloq Ülkər Məhərrəmova bildirir ki, bu kimi xəbərlər əslində valideynləri məsuliyyətə çağırır:

"Uşaqlarını nəzarətsiz buraxan valideynlərin sayı artır və bu, ciddi narahatlıq doğurur. Burada “uşaq uğrusu” deyə konkret hadisə olmasa da, kütləvi psixologiyada qorxu və diqqət yaratmaq üçün müxtəlif halların gündəmə gəlməsi müşahidə olunur.

Vaxtaşırı evlərə girmə, cinayət hadisələri, şiddət göstərilmədən sadəcə qorxu yaratmaq məqsədli davranışlar cəmiyyətdə mövcuddur. Amma uşaq oğurluğu ilə bağlı dəqiq və təsdiqlənmiş məlumat yoxdur. Sadəcə bu cür xəbərlər psixoloji təsir göstərərək, uşaqların daim qorxu içində yaşamasına səbəb olur və onların sosial davranışlarına mənfi təsir edə bilər.

Əslində vacib olan odur ki, uşaqlara özünü müdafiə etməyi, bədənini tanımağıcinsi tərbiyə mövzusunda düzgün bilikləri öyrətmək lazımdır. Hər növ zorakılıq halında uşaqlar özlərini necə qorumalı olduqlarını bilməlidirlər.

Digər tərəfdən, bu cür vəziyyətlər valideynlərə məsuliyyətlərini xatırlatmalı, onların valideynlik bacarıqlarını inkişaf etdirməyə yönəlməlidir. Uşaqlara nəzarət təkcə fiziki deyil, psixoloji və emosional baxımdan da davamlı və güclü şəkildə olmalıdır."


Sizin reklam burada
Sizin reklam burada