"Qızıl dubl" edən baş məşqçi ilə müqavilə uzadıldı

"Qızıl dubl" edən baş məşqçi ilə müqavilə uzadıldı
15:27

"Sportinq" baş məşqçi Rui Borgesin müqaviləsini uzadıb.

News365.az xəbər verir ki, bu barədə Portuqaliya klubunun mətbuat xidməti məlumat yayıb.

Yeni müqavilə 2028-ci ilin yayına qədər nəzərdə tutulub. 

Qeyd edək ki, 44 yaşlı portuqaliyalı mütəxəssis 2024-cü ilin dekabr ayından Lissabon klubunu çalışdırır. Ötən mövsüm Borgesin rəhbərliyi altında komanda "qızıl dubl"a imza atıb.

Bu mövsüm isə "Sportinq" Portuqaliya çempionatında "Porto" və "Benfika"dan sonra üçüncü yerdədir.


Sizin reklam burada
Sizin reklam burada