ABŞ nefti baha satıb, indi ucuz alacaq

ABŞ nefti baha satıb, indi ucuz alacaq
14:09

ABŞ-ın strateji neft ehtiyatları ilə bağlı siyasəti yenidən müzakirə mövzusuna çevrilib. Son illərdə enerji bazarlarında yaşanan kəskin dalğalanmalar fonunda Vaşinqtonun ehtiyatlardan istifadə qərarının nə dərəcədə effektiv olduğu barədə müxtəlif qiymətləndirmələr səsləndirilir.

Məsələni News365.az-a şərh edən iqtisadçı Natiq Cəfərli bildirib ki, ABŞ-ın strateji ehtiyatlardan neft bazara çıxarması həmin dövrdə qiymətlərin nəzarətdə saxlanılması məqsədi daşıyırdı.


Onun sözlərinə görə, bu addım qlobal bazarda neftin rekord səviyyələrə yüksəlməsinin qarşısını almağa xidmət edib.

Ekspert qeyd edib ki, hazırda dünya bazarında neft qiymətlərində eniş müşahidə olunur və bu vəziyyət ABŞ üçün yeni imkanlar yaradır. Cəfərlinin fikrincə, qiymətlər aşağı düşdükcə Vaşinqton daha sərfəli şərtlərlə neft alaraq strateji ehtiyatlarını yenidən formalaşdıra bilər.

İqtisadçı hesab edir ki, ABŞ əvvəlki mərhələdə yüksək qiymətlər fonunda ehtiyatlarının bir hissəsini bazara çıxarmaqla düzgün taktika seçib. İndi isə daha ucuz qiymətə neft almaq imkanı ölkəyə həm ehtiyatları bərpa etməyə, həm də əlavə maliyyə üstünlüyü əldə etməyə şərait yaradır.

Natiq Cəfərli vurğulayıb ki, enerji bazarındakı son proseslər ABŞ-ın atdığı addımların uzunmüddətli strateji baxımdan əsaslandırılmış qərar olduğunu göstərir.


Sizin reklam burada
Sizin reklam burada