7 il mağarada yaşadı: Polis rusiyalı qadını və uşaqlarını tapdı- FOTO

7 il mağarada yaşadı: Polis rusiyalı qadını və uşaqlarını tapdı- FOTO
11:47

Hindistanın Karnataka ştatında polis əməkdaşları adi patrul xidməti zamanı maraqlı hadisə ilə üzləşiblər. Gokarna bölgəsində yerləşən Ramteertha təpələri yaxınlığında aparılan yoxlama zamanı meşəlik ərazidə bir mağarada yaşayan qadın və iki uşağın olduğu müəyyən edilib.

News365.az-ın məlumatına görə, mağarada yaşayan şəxsin 40 yaşlı Rusiya vətəndaşı Nina Kutina olduğu məlum olub. O, beş və altı yaşlı iki qızı ilə birlikdə uzun müddətdir həmin ərazidə məskunlaşıb.

Polisin bildirdiyinə görə, mağaranın giriş hissəsi müxtəlif parçalar və rəngli geyimlərlə örtülərək gizlədilib. Əraziyə yaxınlaşan əməkdaşlar əvvəlcə uşaqlardan birini görüblər. Daha sonra mağaraya daxil olduqda qadın və digər uşağın da orada yaşadığını aşkar ediblər.

Araşdırmalar nəticəsində məlum olub ki, bu qeyri-adi həyat tərzi uzun illərdir davam edirmiş. Hazırda hadisənin bütün detalları və ailənin bölgədə hansı şəraitdə yaşadığı araşdırılır.



Sizin reklam burada
Sizin reklam burada