Trampdan iddialı açıqlama: İranla müqavilə çox güclü olacaq

Trampdan iddialı açıqlama: İranla müqavilə çox güclü olacaq
15:36

ABŞ Prezidenti Donald Tramp İranla əldə olunması gözlənilən yeni razılaşma barədə optimist açıqlamalar verib. O, tərəflər arasında müzakirə olunan sənədin kifayət qədər güclü və əhatəli olacağını bildirib.

News365.az-ın məlumatına görə, Tramp yaxın günlərdə Hörmüz boğazında gəmiçiliyin tam bərpa ediləcəyini və regionda gərginliyin azalmasının qlobal enerji bazarlarına müsbət təsir göstərəcəyini vurğulayıb.

ABŞ liderinin sözlərinə görə, əldə olunan razılaşma neft bazarında sabitliyin təmin olunmasına kömək edəcək və qiymətlərin müharibədən əvvəlki səviyyədən də aşağı düşməsi üçün şərait yaradacaq.

Qeyd edək ki, Vaşinqton və Tehran arasında əldə olunan ilkin anlaşma hərbi əməliyyatların dayandırılması, Hörmüz boğazında hərəkətin bərpası, İran aktivlərinin bir hissəsinin sərbəstləşdirilməsi və nüvə proqramı ilə bağlı danışıqların davam etdirilməsi kimi mühüm məsələləri əhatə edir.

News365.az


Sizin reklam burada
Sizin reklam burada