Hüquqşünas Fərhat Mehdiyev sosial şəbəkədə duyğusal paylaşım edib.
O, paylaşımında qızı Zəhranın itkisi ilə barışa bilmədiyini ifadə edərək bunları yazıb:
“Gözəl Zəhram. Bilmirəm nə deyim. O bunları oxumur, amma onsuz çox pisəm. Mənə yazıb halımı soruşmayın. Cavab verə bilmirəm.
Uşaqlarınızı və doğmalarınızı motosiklet sürməyə qoymayın. Sevdiklərinizlə daha çox vaxt keçirin. Onları qara torpaq bağrına basmadan, siz bağrınıza basın”.
Qeyd edək ki, Fərhat Mehdiyevin qızı Zəhra yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirib.