İranın taleyini dəyişə biləcək razılaşma: 300 milyard dollar gündəmdə

İranın taleyini dəyişə biləcək razılaşma: 300 milyard dollar gündəmdə
13:35

ABŞ və İran arasında münasibətlərin normallaşdırılması istiqamətində mühüm addım sayıla biləcək yeni memorandum layihəsinin detalları açıqlanıb. Sənədə əsasən, Vaşinqton və onun regional tərəfdaşları İranın iqtisadiyyatının bərpası və infrastrukturunun yenilənməsi üçün genişmiqyaslı maliyyə proqramı həyata keçirməyi planlaşdırırlar.

News365.az-ın məlumatına görə, tərəflər arasında razılaşdırılan 14 maddəlik memorandum layihəsində İranın yenidən qurulmasına yönələcək ən azı 300 milyard dollarlıq investisiya proqramının hazırlanması nəzərdə tutulur. Layihənin ABŞ ilə yanaşı, bölgədəki tərəfdaş ölkələrin də iştirakı ilə reallaşdırılması planlaşdırılır.

Sənəddə qeyd olunur ki, yekun saziş qüvvəyə mindikdən sonra proqramın icra mexanizmləri iki ay ərzində hazırlanacaq. Məqsəd İranın iqtisadi inkişafını sürətləndirmək, investisiya mühitini yaxşılaşdırmaq və uzunmüddətli sabitliyə töhfə verməkdir.

Bildirilir ki, ABŞ və İran arasında memorandumun rəsmi imzalanma mərasiminin iyunun 19-da İsveçrədə keçirilməsi gözlənilir.

News365.az


Sizin reklam burada
Sizin reklam burada