Qəzzada aclıqdan ölənlərin sayı 367-yə yüksəldi – 131-i uşaqdır

Qəzzada aclıqdan ölənlərin sayı 367-yə yüksəldi – 131-i uşaqdır
11:59

Qəzzada humanitar böhran getdikcə daha da ağırlaşır.

News365.az  xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin yaydığı məlumata əsasən, bölgədə aclıq səbəbindən ölüm hallarının sayı artmaqda davam edir. Son sutkada 6 nəfərin həyatını itirməsi qeydə alınıb.

Rəsmi statistikaya görə, ümumilikdə aclıqdan ölənlərin sayı 367 nəfərə çatıb. Onların arasında 131 azyaşlının olması vəziyyətin xüsusilə faciəvi olduğunu göstərir.

Mütəxəssislər bildirirlər ki, ərzaq və tibbi yardımın bölgəyə vaxtında çatdırılmaması böhranın daha da dərinləşməsinə səbəb olur.

News365.az 


Sizin reklam burada
Sizin reklam burada