Qəzzada aclıq fəlakəti: Avqustda 185 nəfər həyatını itirdi

Qəzzada aclıq fəlakəti: Avqustda 185 nəfər həyatını itirdi
13:05

Avqust ayında Qəzzada aclıq nəticəsində 185 nəfərin həyatını itirdiyi açıqlanıb.

News365.az xəbər verir ki, bu barədə məlumatı Fələstin Səhiyyə Nazirliyi yayıb. Rəsmi açıqlamaya əsasən, avqustun 22-də beynəlxalq aclıq monitorinqi bölgədə qida böhranının mövcudluğunu təsdiqlədikdən sonra, o cümlədən 12 uşaq olmaqla 70-dən çox insan aclıq səbəbindən dünyasını dəyişib.

Hazırda Qəzzada vəziyyət kritik olaraq qalır. Rəqəmlərə görə, 5 yaşdan kiçik 43 min uşaq, həmçinin 55 mindən artıq hamilə və süd verən qadın ciddi qida çatışmazlığı ilə üz-üzədir.

Nazirliyin məlumatında qeyd olunur ki, hamilə qadınların təxminən üçdə ikisi anemiyadan əziyyət çəkir. Bu göstərici son illərin ən yüksək səviyyəsi hesab olunur.

News365.az


Sizin reklam burada
Sizin reklam burada