Dövlət qurumlarında işləyən şəxslərin maaşı ilə bağlı yeni QƏRAR

Dövlət qurumlarında işləyən şəxslərin maaşı ilə bağlı yeni QƏRAR
09:36

Dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitləri, habelə fəaliyyətindən əldə olunan gəlirləri hesabına verilən vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin yuxarı hədləri müəyyənləşdiriləcək.

News365.az-ın məlumatına görə, bununla bağlı Maliyyə Nazirliyinə müvafiq tapşırıqlar verilib.

Belə ki, Maliyyə Nazirliyi icra prosesində müəyyən ediləcək aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitləri, habelə fəaliyyətindən əldə olunan gəlirləri hesabına verilən vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin yuxarı hədləri ilə bağlı təkliflərini 5 ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.


Sizin reklam burada
Sizin reklam burada