Siyəzəndə qazın verilməsi dayandırlacaq

Siyəzəndə qazın verilməsi dayandırlacaq
16:23

Siyəzən rayonu Böyük Həmyə kəndi istiqamətində istismarda olan qaz xəttində qaz sızmasının aradan qaldırılması ilə əlaqədar olaraq 10 aprel saat 10:00-dan qaz təchizatı dayandırılacaq.

Bu barədə Xaçmaz Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, təmir müddətində Böyük və Balaca Həmyə kəndləri, H.Talıbov, Q.Qocaliyev, B.Bayramov, Ş.Xətai və A.Zahirov küçəsləri olmaqla ümumilikdə 1 916 abonentin qaz təchizatında fasilə yaranacaq.

Qeyd edilib ki, qaz təchizatı təmir işləri başa çatdıqdan sonra bərpa ediləcək.


Sizin reklam burada
Sizin reklam burada