İsrailin konstitusiyası niyə yoxdur?

İsrailin konstitusiyası niyə yoxdur?
09:15
İranın Konstitusiyasında İsrailin məhv edilməsinə dair müddəa yoxdur. Sadəcə bu mifdir və bizlərə sırınır. Həqiqət olan isə odur ki, İsrailin özünün Konstitusiyası ümumiyyətlə yoxdur! Təsəvvür edirsiniz, 1948-ci ildə yaradılmış dövlətin Konstitusiyası yoxdur! Niyə?
Əslində, ilk dünyəvi hökumətlər Konstitusiyanın qəbuluna cəhd etmişdi. Lakin uğursuz oldu. Kompromis əldə olunmadı. Daha döğrusu, qərara alındı ki, bəzi konstitusion məsələlər üzrə (seçkilər və s.) əsas qanunlar qəbul olunsun, amma dövlətin sütunlarına (ideologiya, sərhədlər və s.) dair məsələlər açıq qalsın. Niyə?
Çünki İsrail də İran kimi dini dövlətdir. İsrail dövləti sırf dini arqumentlə terrorçu fanatiklər tərəfindən qurulub: nə bilim, 4000 il əvvəl Allah bu torpağı yəhudilərə bəxş edib, buna görə də onların ora qayıdıb dövlət qurmağa haqqı var, orada yaşayanların isə haqqı yoxdur. Müasir dünyəvi baxışdan bu cəfəngiyatdır. Bu məntiqlə Amerika da orada yaşayan Avropa mənşəlilərə, Türkiyə türklərə və s. mənsub deyil? Lakin dünyəvi hüquqi məntiq dini fanatizm qarşısında acizdir. İsrail dindarları hesab edir ki, Tövrata zidd Konstitusiya legitim deyil, Tövrata uyğun Konstitusiyaya isə ehtiyac yoxdur.
Konstitusiyanı qəbul etməklə İsrail orada sərhədlərini də təsbit etməli idi. Bu yaxınlarda ABŞ-ın İsraildəki səfiri etiraf etdi ki, İsrail Tövrata uyğun əraizlərə iddia etməkdə haqlıdır. Həmin ərazilər isə müsəlman dövlətlərinə mənsubdur hazırda: Fələstin, Səudiyyə Ərəbistanı, Suriya, İraq, Türkiyə və Livan. Beləliklə, Konstitusiya qəbul etməməklə İsrail ərazi iddiaları məsələsini açıq saxlayıb. Məsələn, biz Ermənistan ərazisini haqlı olaraq tarixi baxımdan özümüzkü hesab edirik, amma hüquqi olaraq Konstitusiyamızda ərazimizi təsbit etmişik və Ermənistandan da bunu tələb edirik. İsrail isə bunu etmir. Halbuki, o cümlədən İran da Konstitusiyasında ərazisini təsbit edib. Yəni İsrail sərhədlərini formal müəyyən etməyən və təcavüz qapısı açıq olan yeganə dövlətdir. Və o cümlədən Türkiyə ərazisinə də iddialıdır. İndi özünüz düşünün: regiona və hətta dünyaya kim daha çox təhdiddir.
Digər tərəfdən də İsrail Konstitusiya qəbul etməklə yəhudilərlə digər sakinlərin, habelə kişi ilə qadının bərabər olmasını və s. təsbit etməli idi. Lakin belə müddəalar da Tövrata ziddir. Çünki Tövrata görə yəhudilər hamıdan, kişi isə qadından üstündür. Buna görə də dövlətin dini mahiyyətini açıqlamamaq üçün İsrail Konstitusiya qəbul etmir. Yəni yenə də həqiqi niyyətlərini formal bəyan etmir. Məsələn, İran Konstitusiyasında şiəliyin dövlət dini olmasını aşkar bəyan edir. İndi özünüz düşünün: kim daha çox riyakardır.
Mən demirəm ki, İran mələkdir. Əlbəttə, İran dostumuz deyil. Amma nüvə silahına malik olan və sərhədlərini bəyan etməyən İsrail daha böyük təhdiddir. Özü də ancaq bizə yox, bütün dünyaya və regiona. Konstitusiyasının olmaması da buna ən böyük sübutdur…
Əkrəm Həsənov, hüquqşünas

Sizin reklam burada
Sizin reklam burada