26 milyonluq yeyinti edən İlhamə Abdullayeva kimlərə arxayındır?

26 milyonluq yeyinti edən İlhamə Abdullayeva kimlərə arxayındır?
15:48

Tikinti oliqarxı Xəlil Göyüşov haqqında son zamanlar mətbuatda müxtəlif məlumatlar yayılır. Bu da səbəbsiz deyil. Çünki Xəlil Göyüşov bir iş adamından daha çox mafioz kimi xatırlanır.

Təsadüfi deyil ki, onun qohum-əqrəbası müxtəlif sahələrdə yüksək postlar tutur.

Onlardan biri də Abşeron-Xızı regional tıhsil idarəsinin müdiri İlhamə Abdullayevadır. İlhamə Abdullayev Xəlil Göyüşovun bacısı qızıdır. Bu hələ heç nə ifadə eləmir. Əsas odur ki, bu oliqarx qohumu dövlətin milyonlarını rahatlıqla həzm-rabedən keçirir.

Mətbuatda yayılan məlumata görə Abşeron-Xızı regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva 26 milyonluq yeyinti edib.

News365.az xəbər verir ki, bu barədə Maliyyə və Elm və Təhsil nazirlikləri birgə məlumat yayıb.

Məlumatda deyilir ki, bu yeyinti idarənin tabeliyində olan 103 ümumi, 6 məktəbdənkənar və 96 məktəbəqədər təhsil müəssisəsini əhatə edir.

Yeri gəlmişkən bir müddət əvvəl mətbuatda İlhamə Abdullayevanın övladına dəbdəbəli toy etməsini barədə yazı getmişdi. Həmin toy Bakının ən elit şadlıq saraylarından biri olan “Elite Event Hall”da baş tutmuşdu.

Hələ, idarə müdirinin İsveçrəyə getdiyi və oradan övladı üçün cehiz aldığı da məlumatlar sırasında idi.

Bundan başqa, Xırdalan şəhəri “Kristal -1” yaşayış kompleksində İlhamə Abdullayevanın şəxsi gözəllik salonu fəaliyyət göstərir. Özünü bir neçə dəfə ora xidməti avtomibili ilə gəldiyini görənlər olub.
Bəs, İlhamə Abdullayevanın bu ərköyünlüyünü Elm və Təhsil Nazırliyi bu vaxta qədər niyə görmürdü?
Yoxsa, şöbə müdrəsinin arxasında duran “Körpü-Bina-Tikinti” MMC-nin rəhbəri Xəlil Göyüşovun verdiyi “dıst-xoş”ları  Nazirliyin gözlərini bağlaylrdı?

Sonda onu da qeyd edək ki, İlhamə Abdullayevanın qardaşı Qədim Göyüşovun da Abşeron-Xızı Regional Təhsil İdarəsində məsləhətçi işlədiyi bildirilir.

News365.az 




Sizin reklam burada
Sizin reklam burada