Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolunda yük avtomobili aşıb.
Rusiya vətəndaşına məxsus qarpızla dolu DAF markalı yük maşını yolun Şabran rayonundan keçən hissəsində qəzaya uğrayıb.
Qəza zamanı sürücü avtomobildə tək olub və ciddi xəsarət almayıb.
Faktla bağlı araşdırma aparılır.




