İranın mərhum ali dini lideri Ayətullah Əli Xameneinin vəfatının 40-cı günü münasibətilə ölkə boyu anım mərasimləri keçirilir.
Matəm tədbirlərinin gecə saatlarınadək davam edəcəyi gözlənilir.
Xameneinin nəşi hələ də dəfn olunmayıb.
O, 28 fevralda İsrailin İran ərazisinə endirdiyi hücum nəticəsində həlak olub.
Rəsmilər milyonlarla insanın qatılacağı genişmiqyaslı dəfn mərasimi hazırlayır. Lakin mərasimin keçiriləcəyi tarix hələ açıqlanmayıb.
