Tələbə kreditləri ilə bağlı vacib DƏYİŞİKLİK

Tələbə kreditləri ilə bağlı vacib DƏYİŞİKLİK
16:40

Təhsil tələbə krediti üzrə müraciətlərin edilməsi ilə bağlı yeni qaydalar müəyyənləşir.

 1 may 2026-cı ildən xidmətin Elektron Hökumət İnformasiya Sisteminə (bundan sonra – EHİS) inteqrasiyasının təmin edilməsi planlaşdırılır.

Xidmətin təkmilləşdirmələr nəzərə alınmaqla yeni iş axınının təqdim edilməsi və razılaşdırılması isə 6 iyun 2026-cı ildən etibarən nəzərdə tutulur.

Həmin tarixdən xidmətin “mygov” platformasında istifadəyə verilməsi (istismar mühitində) də nəzərdə tutulur.

Bu istiqamətdə işləri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Elm və Təhsil Nazirliyi görəcək./Trend


Sizin reklam burada
Sizin reklam burada