Xalq artistlərini işdən çıxarıb - Yusif Eyvazova İTTİHAMLAR

Xalq artistlərini işdən çıxarıb - Yusif Eyvazova İTTİHAMLAR
14:04

Xalq artisti Əvəz Abdullayev Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ilə bağlı iddialar irəli sürüb. 

News365.az xəbər verir ki, opera ifaçısı işdən çıxarıldığını bildirib. O qeyd edib ki, heç bir səbəb olmadan işdən uzaqlaşdırılıb:

"Teatrdan son xəbərləri sizinlə bölüşmək istəyirəm. Bakıdakı son çıxışımdan (12 mart) sonra dünyaca məşhur tenorumuz və Opera Teatrının direktoru (Xalq artisti Yusif Eyvazov - red.) müqaviləmi yeniləmədən, dünyanın bir çox teatrlarında yeganə Azərbaycanı ləyaqətlə təmsil edən aparıcı dramatik baritonunu işdən çıxardı. Və təkcə məni yox. Bu bizim direktordan daha bir yalan".

O eyni zamanda iddia edib ki, Xalq artisti Yalçın Adıgözəlov da işdən çıxarılıb:

"Maraqlanan hər kəsə cavab verirəm. Heç bir səbəb yoxdur. Sadəcə illik müqaviləmi yeniləmədim. Xalq artisti Yalçın Adıgözəlov da işdən çıxarıldı və bu gün truppa menecerimiz Zülfiyyə xanım da, Pərvin xanım da saxta ittihamla işdən çıxarıldı. Rejissor yenə yalan danışır, vəzifəyə keçəndən bəri heç kimi işdən çıxarmadığını iddia edir. Digər solistlərə qarşı təhdidlərdən bəhs etmirəm. Bu qədər".


Sizin reklam burada
Sizin reklam burada