SSRİ-dən qalan 5 qəpiklər sizə qazanc gətirəcək – ATMAYIN

SSRİ-dən qalan 5 qəpiklər sizə qazanc gətirəcək – ATMAYIN
15:00

Sovet İttifaqı dövrünə aid bəzi 5 qəpiklərə kolleksiyaçılar arasında maraq artıb.

Sosial şəbəkələrdə yayılan elanlarda xüsusilə 1965, 1966, 1969, 1971 və 1972-ci illərə aid 5 qəpiklərin alındığı bildirilir.

Məlumata görə, bəzi elanlarda 1965, 1966 və 1969-cu illərin 5 qəpikləri 50 manata, 1971 və 1972-ci illərin 5 qəpikləri isə 40 manata təklif olunur.

Ancaq sikkələrin real qiyməti onların vəziyyətindən, nadir variant olub-olmamasından və bazardakı tələbdən asılı olaraq dəyişir.

Ayrı-ayrı hərrac nümunələri göstərir ki, 1966-cı ilə aid bəzi 5 qəpiklər onlarla avroya təklif olunur.

Buna görə də köhnə sovet qəpikləri olan şəxslərə onları satmazdan əvvəl sikkənin ilini, vəziyyətini və mümkün kolleksiya dəyərini yoxlamaq tövsiyə olunur.


Sizin reklam burada
Sizin reklam burada